...

Milli Məclisdə "Dövlət sosial sifarişi haqqında" qanun layihəsi hazırlanır

Siyasət Materials 10 Fevral 2007 11:17 (UTC +04:00)

Milli Məclisdə "Dövlət sosial sifarişi haqqında" qanun layihəsi hazırlanır. Bu barədə Trend ə açıqlamasında Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli məlumat verib.

H.Rəcəbli qeyd edib ki, bu qanun qeyri-hökumət təşkilatlarının bir sıra layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur.

"Sosial layihələrin icrasını dövlət bütövlükdə öz üzərinə götürə bilməz. Bu işə qeyri-hökumət təşkilatları yardımçı ola bilərlər. Belə ki, həmin təşkilatlara dövlət qrantlarının verilməsi mümkündür", -deyə komissiya sədri vurğulayıb.

H.Rəcəbli deyib ki, qanun qəbul olunduqdan sonra onun icrası üçün müvafiq qurum da yaradıla bilər.

Xəbər lenti

Xəbər lenti