...

Sərdar Cəlaloğlu : "Rəsul Quliyevin son sərəncamı absurd bir qərardır və onun atdığı bu addım siyasi etikaya sığmır"

Siyasət Materials 12 Fevral 2007 18:06 (UTC +04:00)

"Rəsul Quliyevin son sərəncamı absurd bir qərardır və onun atdığı bu addım siyasi etikaya sığmır". Trendin məlumatına görə, bu sözləri fevralın 12-də keçirdiyi mətbuat konfransında Azərbaycan Demokrat Partiyasının sədrinin keçmiş birinci müavini və partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Sərdar Calaloğlu deyib.

Qeyd edək ki. ADP sədri R.Quliyev fevralın 10-da imzaladığı sərəncamla Sərdar Calaloğlunu və Həsrət Rüstəmovu özünün müavinləri vəzifəsindən azad edib.

S.Cəlaloğlu bildirib ki, ADP Ali Məclisinin yanvarın 27-də keçirilən iclasında partiyanın bütün rəhbər strukturları buraxılıb. Ona görə də olmayan sədr olmayan müavinini vəzifədən azad edə bilməz. S.Cəlaloğlu vurğulayıb ki. Rəsul Quliyevin fevralın 10-da imzaladığı sərəncamın mətnini ADP Ali Məclisinin keçmiş üzvü, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev hazırlayıb və həmin sərəncam absurd bir qərardır.

Xəbər lenti

Xəbər lenti