...

BTC Co başçısı: "Tengiz" yatağındakı neft 2007-ci ilin sonunda BTC ilə nəql oluna bilər

Siyasət Materials 13 Fevral 2007 17:45 (UTC +04:00)
BTC Co başçısı: "Tengiz" yatağındakı neft 2007-ci ilin sonunda BTC ilə nəql oluna bilər

BTC Co boru kəməri şirkəti "TengizŞevroyl" (TŞO) konsorsiumu ilə 2007-ci ilin sonunda neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəqli haqqında razılığa gəlib. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı BTC Co şirkətinin rəhbəri Rəşid Cavanşir mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, boru kəməri şirkəti "Tengiz" yatağından neftin bir hissəsinin BTC ilə nəqli haqqında "TengizŞevroyl" şirkəti ilə razılaşıb.

"İlin sonunda, əgər imkan olsa, biz Qazaxıstanın "Tengiz" yatağında hasil edilən neftin bir hissəsini nəql edəcəyik", - deyə o bildirib.

BP Azerbaijan şirkətinin başçısı Bill Şrederin sözlərinə görə, 2007-ci ilin II rübündə BTC boru kəmərinin sutkada 1 mln. barel neft layihə gücünə çıxacağı planlaşdırılır.

Qeyd edək ki, 2007-ci ildə AÇG blokunda neft hasilatı sutkada 708 min barel təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti