...

Polşa səfirliyi XİN rəhbərinin Azərbaycana səfər proqramını razılaşdırır

Siyasət Materials 15 Fevral 2007 15:41 (UTC +04:00)

Polşa səfirliyi XİN rəhbəri Anna Fitıqanın Azərbaycana səfər proqramını razılaşdırır. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Voytsex Quretskiy bildirib.

Diplomat bildirib ki, görüş 28 fevral-1 mart tarixləri üçün planlaşdırılıb. Səfirlik nazirin Azərbaycan prezidenti, Milli Məclis sədri, baş nazir və XİN rəhbəri ilə görüşləri üçün sorğularla artıq müraciət edib.

Azərbaycanın rəsmi şəxsləri ilə görüşdə ikitərəfli siyasi, iqtisadi və humanitar əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Tərəflər həmçinin Azərbaycanın Avropa strukturlarına inteqrasiyasına dəstək məsələlərini nəzərdən keçirəcək.

Səfər çərçivəsində bir neçə ikitərəfli sənədin, əsasən iki ölkənin xarici siyasət idarələri arasında və mədəniyyət sahəsində və s. sənədlərin imzalanması gözlənilir.

A.Fotıqanın səfəri Cənubi Qafqazın hər üç ölkəsinə turnesi çərçivəsində olacaq.

Xəbər lenti

Xəbər lenti