...

Odlu silahla qonşusunu qətlə yetirən Gəncə polisinin işi barəsində ekspertiza araşdırması aparılır

Siyasət Materials 27 Fevral 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Odlu silahla qonşusunu qətlə yetirən Gəncə polisinin işçisi barəsində ekspertiza araşdırması aparılır. Bu barədə Gəncə şəhər Prokurorluğunun müstəntiqi Elşən Məmmədov məlumat verib.

Müsahib bildirib ki, barəsində Cinayət Məcəlləsinin 124.1 maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə maddəsi) cinayət işi açılan Gəncənin Kəpəz rayon Polis şöbəsinin keçmiş əməliyyat müvəkkili, 1975-ci il təvəllüdlü Vüqar Orucovun ekspertiza işi mart ayının sonunda başa çatacaq.

Qeyd edək ki, fevralın 14-də axşam saat 20 radələrində Kəpəz rayon Polis şöbəsinin keçmiş əməliyyat müvəkkili, 1975-ci il təvəllüdlü Vüqar Orucov xidməti silahından ehtiyatsız davranaraq bir binada yaşayan, qonşusu 1985-ci il təvəlüdlü Rüfət Allahverdiyevin baş nahiyəsinə atəş açıb. Atəş nəticəsində ağır yaralanan Rüfət Allahverdiyev dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti