...

Vilayət Quliyev: "Polşa prezidenti azərbaycanlı həmkarını energetika sammitinə dəvət edəcək"

Siyasət Materials 9 Mart 2007 18:09 (UTC +04:00)
Vilayət Quliyev: "Polşa prezidenti azərbaycanlı həmkarını energetika sammitinə dəvət edəcək"

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanın may ayında Polşada keçirilməsi planlaşdırılan energetika sammitində iştirak məsələsi Polşa prezidenti Lex Kaçinskinin (Lech Kaczynski) 30-31 mart tarixlərində Bakıya gəzlənilən səfərində müzakirə olunacaq. Bu barədə Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev məlumat verib.

Səfirin səzlərinə gərə, bu barədə Polşa prezident Ukraynada olarkən təşəbbüslə çıxış edib və bu haqda Qazaxıstan və Azərbaycana olan nəvbəti səfərlərdə bəyan etməyi də planlaşdırıb. "Sammitin keçirilməsi əsasən aparıcı istehsalçı ölkələr kimi Azərbaycan və Qazaxıstanın razılığından asılıdır. Polşa tərəfi artıq bir neçə dəfədir ki, enerji daşıyıcılarının diversifikasiyası bardədə maraqlarını bəyan edib və rəsmi Varşava bu sahədə Azəırbaycanla əməkdaşlığa çox önəm verir",-deyə səfir qeyd edib.

Gözlənilən konfransda Polşa rəhbərliyi 5 ölkənin - Polşa, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərini bir araya toplamaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti