...

Rəsul Quliyevin tərəfdarları ADP adından imtina məsələsini müzakirə edəcəklər

Siyasət Materials 13 Mart 2007 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Eks-spiker Rəsul Quliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycan Demokrat Partiyasının (ADP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi ADP adından imtina olunması məsələsini müzakirə edəcək. Bu barədə məlumat verən R.Quliyevin sədrlik etdiyi ADP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Aydın Quliyev bildirib ki, onlar hələlik bu məsələni müzakirə etməyiblər.

"Lakin qurultay ərəfəsində bu məsələ Təşkilat Komitəsində müzakirə oluna bilər. Qurultayda partiyanın adının dəyişdirilməsi ilə əksəriyyətin iradəsini əks etdirən təklif səslənə bilər. Əgər belə bir təklif əksəriyyət tərəfindən dəstəklənərsə, məsələ onların istəyinə uyğun şəkildə həll olunacaq", -deyə o, əlavə edib.

Xatırladaq ki, hazırda ABŞ-da mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyevin rəhbərlik etdiyi ADP bir müddət əvvəl iki hissəyə parçalanıb. ADP R.Quliyev və onun keçmiş birinci müavini Sərdar Cəlaloğlunun tərəfdarlarından ibarət iki hissəyə parçalanıb.

Xəbər lenti

Xəbər lenti