...

Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər hazırlanır

Siyasət Materials 13 Mart 2007 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Cinayət Məcəlləsinə hüquqi şəxslərin məsuliyyəti ilə əlaqədar müddəalar əlavə olunacaq. Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yanında fəaliyyət göstərən Qanunvericiliyin təkmilləşdirilməsi üzrə İşçi Qrupunun üzvü Əliməmməd Nuriyev bildirib ki, bununla bağlı qanun layihəsinin ilkin variantı hazırlanıb. Qanun layihəsinin Milli Məclisin payız sessiyasının gündəliyinə çıxarılacağı nəzərdə tutulub. Dövlət Komissiyası yanında fəaliyyət göstərən Cinayət Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi Qrupu cinayət qanunvericiliyində bir sıra normaların yenidən işlənməsi, dəyişdirilməsi, yeni maddələrin əlavə olunması ilə bağlı müvafiq layihə hazırlayır. Qanun layihəsində Cinayət Məcəlləsində yeni institutların da yaranacağı istisna olunmur. Layihənin hazırlanmasında ABŞ, ATƏT və Avropa Şurasının ekspertləri də iştirak edir.

Xəbər lenti

Xəbər lenti