...

Nazir: Belarus mütəxəssisləri Azərbaycanın müdafiə sənayesinin inkişafına kömək edəcək

Siyasət Materials 29 Mart 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend İ.Xəlilova /Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və Belarusun Hərbi Sənaye üzrə Dövlət Komitəsi əməkdaşlıq üçün plan müəyyən edib.

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun məlumatına əsasən, əməkdaşlığın əsası 2006-cı il 10-14 iyul tarixində Azərbaycan müdafiə sənayesi nazirliyinin rəhbərliyi ilə nümayəndə heyətinin Minskə səfəri çərçivəsində qoyulub.

Nazirin sözlərinə görə, səfər çərçivəsində Azərbaycan mütəxəssisləri Belarusun müdafiə sənayesi kompleksi ilə tanış olub. Hərbi Sənaye üzrə Dövlət Komitəsi artıq Azərbaycan müəssisələrində müəyyən tədbirlər həyata keçirir.

Müdafiə Sənayesi Nazirliyi hər il radiasiya şəraitinin monitorinqi metodlarının işlənilməsi sahəsində təcrübə mübadiləsi aparır. Yerüstü nəqliyyat vasitələri və uçuş, həmçinin pilotsuz vasitələr bazasında avtomatlaşdırılmış monitorinq sistemlərinin yaradılması nəzərdə tutulub.

Azərbaycana radiasiya nəzarətinin həyata keçirilməsində və ətraf mühit obyektlərinin, heyət və əhalinin monitorinqində həmçinin aşkar etmədə istifadə olunan cihazların çatdırımasında, poliqonların radiasiya nəzarəti, sənaye və məişət tullantılarının basdırılması və suların, ərzaq, sənaye məhsullarının, tiknti materiallarının və metal məmulatların beynəlxalq norma və standartlara uyğun radiasiya nəzarətində kömək edəcək.

Əməkdaşlıqda həmçinin nüvə və radioaktiv materialların qeyri-qanuni yayılmasına nəzarət, həmçinin aşkar edən, ölçən və identifikasiya edən cihaz və avadanlıqların hazırlanması və çatdırılması nəzərdə tutulub.

Y.Camalovun sözlərinə görə, Azərbaycan hökuməti gələcək illərdə də ölkənin müdafiə sənayesi üçün büdcəni artırmaq niyyətindədir. 2007-ci il üçün bu məqsədlərə 85 milyon manatın ayrılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti