...

Azərbaycan seçicilərinin sayı dörd faizə qədər artıb

Siyasət Materials 2 Aprel 2007 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan seçicilərinin sayı təxminən 150-200 min nəfər artıb. Bu barədə Trend ə bazar ertəzi Mərkəzi Seçki Komissiyası (MSK) nəzdindəki Seçkilər İnformasiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, artıq 125 Dairə Seçki Komissiyasının hamısı seçici siyahılarını dəqiqləşdirərək Seçkilər İnformasiya Mərkəzinə təqdim edib. Hazırda siyahıların çapı prosesi həyata keçirilir və yaxın vaxtlarda onlar MSK-ya təqdim olunacaq. MSK-nın təsdiqindən sonra Azərbaycan seçicilərinin sayı dəqiq məlum olacaq.

Ötən il aparılan dəqiqləşdirmədən sonra Azərbaycanda seçicilərin sayının 4 milyon 600 min 812 nəfər olduğu müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti