...

Azərbaycanın xarcici işlər naziri Suriyaya gəlib

Siyasət Materials 11 Aprel 2007 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İordaniyaya rəsmi səfərini başa vuraraq aprelin 11-də Suriyaya gəlib. Bu barədə Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qassub məlumat verib.

Azərbaycan XİN rəhbərini Suriaya səfərində müşayiət edən konsul deyib ki, Dəməşqə səfər proqramında Məmmədyarovun ölkə prezidenti, parlamentin spikeri, XİN rəhbəri və ticarət-sənaye palatasının nümayəndələri ilə görüşü nəzərdə tutulub.

Siyasi, iqtisadi və digər ikitərəfli münasibətlərin canlandırılması, həmçinin Suriyada Azərbaycan səfirliyinin açılması məsələlərinə baxılacaq.

Aprelin 13-də E.Məmmədyarov Dəməşqdən Livana yola düşəcək. Burada onun prezident, baş nazir, parlamentin spikeri, xarici işlər naziri və digər şəxslərlə görüşləri olacaq. Güman edilir ki, Livanda adları hələ açıqlanmayan 3-4 saziş imzalanacaq.

Azərbaycan XİN rəhbərinin 3 Yaxın Şərq ölkəsinə səfəri aprel (9-10) ayında İordaniyaya səfərlə başlayıb. Nazirin Yaxın Şərq turnesi aprelin 13-də Livanda başa çatacaq.

Xəbər lenti

Xəbər lenti