...

Azərbaycan Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edib

Siyasət Materials 26 Aprel 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edib. Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) cümə axşamı keçirilən iclasında qəbul edilib.

MSK sədrinin müavini Svetlana Qasımova, komissiyanın katibi Natiq Məmmədov və üzvü Rövşən İsmayılov dairə seçki komissiyalarından daxil olan müraciətlər barədə məlumat veriblər. Müraciətlər əsasında 14 saylı Əzizbəyov ikinci, 45 saylı Abşeron, 77 saylı Astara, 80 saylı İmişli-Beyləqan, 97 saylı Goranboy-Ağdam-Tərtər dairə seçki komissiyalarının bəzi üzvləri vəzifələrindən azad edilib. 14, 77 və 80 saylı dairə seçki komissiyalarına yeni üzvlər təyin edilib.

Xəbər lenti

Xəbər lenti