...

"Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM"ın ikinci sammitinin tarixi müəyyənləşib

Siyasət Materials 1 May 2007 14:20 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/"Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM"ın dövlət başçılarının ikinci sammiti iyunun 19-da Bakıda keçiriləcək. Bu barədə çərşənbə günü təşkilatın informasiya ofisindən məlumat verilib.

Sammitdən öncə xarici işlər nazirləri Şurası və Milli Koordinatorlar Komitsəinin iclasları keçiriləcək. İclaslarda dövlət başçılarının sammitinin gündəliyi hazırlanacaq və təsdiq ediləcək. GUAM-ın üç iclasının Bakıda keçirilməsi təşkilatda rəhbərlik səlahiyyətlərinin Azərbaycana təqdim edilməsi ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti