...

Dövlət Komitəsi Milli QHT Forumuna bina ayrılması ilə bağlı müraciətə cavab vermir

Siyasət Materials 1 May 2007 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli QHT Forumuna bina ayrılması ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciətlərə cavab verilmir. Bu barədə çərşənbə axşamı Bakıda Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyev məlumat verib.

O qeyd edib ki, Milli QHT Forumu Azərbaycanda qeyri-hökumət təşkilatlarını birləşdirən ən böyük qurumdur.

"Milli QHT Forumunda 500-dən artıq təşkilat təmsil olunur. Lakin təşkilatın fəaliyyət göstərməsi üçün yeri yoxdur. Bu isə QHT-lərin normal fəaliyyət göstərməsinə imkan vermir", -deyə Quliyev əlavə edib.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, dödlət heç bir QHT qarşısında ona bina ayrılacağı ilə bağlı öhdəlik götürməyib: "QHT-lər istədikləri ünvanda özləri üçün ofis icarəyə götürə bilərlər".

Xəbər lenti

Xəbər lenti