...

GUAM ölkələri demokratik dəyərlərin bərqərar olması kursunun dəyişilməyəcəyini bəyan ediblər (versiya 2)

Siyasət Materials 19 İyun 2007 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ GUAM-a üzv dövlətlər demokratik dəyərlərin bərqərar olması, qanunun aliliyi, vətəndaş cəmiyyətinin yaradılması, regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi kursuna söykənir. Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova bu gün GUAM-a üzv ölkələrin dövlət başçılarının sammitində Bakı Bəyannaməsinin imzalanması ilə öz mövqelərini təsdiq ediblər.

GUAM-a üzv ölkələr suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında münaqişələrin həll olunması istiqamətində əməkdaşlığın davam etdirilməsinin lazımlığını bəyan ediblər. Beynəlxalq ictimaiyyət tərəfindən GUAM-ın mövqeyinin dəstəklənməsinin mühümliyi qeyd olunub.

Dövlət başçıları həmçinin GUAM-ın beynəlxalq təsir və nüfuzunun durmadan artdığını bildiriblər. Bəyannamədə deyilir ki, bu, bir daha təşkilata üzv dövlətlərin yanaşmasının, maraqlarının və onların GUAM regionunda ümumi təhlükəsizlik və inteqrasiya məkanının yaradılması səylərinin ümumiliyini növbəti dəfə təsdiq edir.

Xəbər lenti

Xəbər lenti