...

Bakı bələdiyyə sədrlərinin maaşı əyalət bələdiyyə sədrlərinin maaşından iki dəfə çoxdur

Siyasət Materials 14 İyul 2007 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Hazırda Azərbaycanda bələdiyyə qulluqcularının sayı 23 min nəfərə çatır. Bu barədə Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli məlumat verib.

Onun baş redaktoru olduğu "Municipality.az" saytının apardığı araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanda bələdiyyələr qazandıqlarının orta hesabla 32 faizini əmək haqlarının ödənişinə yönəldirlər.

Qeyd edək ki, 2002-ci illə müqayisədə bələdiyyə quluqçularının əmək haqları 18,5 manatdan 42 manatadək yüksəlib. Belə ki, 2003-cü ildə bu rəqəm 16,8, 2004-cü ildə 20,4, 2005-ci ildə 25,0, 2006-cı isə 35,0 manata bərabər olub. Cari ilin birinci yarımilində isə qulluqçuların əmək haqları 13 faiz artıb. Bakı bələdiyyələrində bu rəqəm iki dəfə artıqdır.Bələdiyyə rəhbərlərinin aylıq əmək haqlarına gəldikdə isə paytaxtdakı bələdiyyələrin sədrləri 180 manat, əyalət sədrləri isə orta hesabla 76 manat alır.

Xəbər lenti

Xəbər lenti