...

Hərbçi əsgər yoldaşını qətlə yetirib

Siyasət Materials 23 İyul 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Müdafiə Nazirliyinin Ağdamda yerləşən "N" saylı hərbi hissəsində hərbçi silahdan ehtiyatsız davrandığından əsgər yoldaşını güllələyib. Əsgər aldığı güllə yarasından hadisə yerindəcə keçinib. Bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev məlumat verib. Verdiyev bildirib ki, faktla bağlı cinayət işi başlanıb.

Həlak olan əsgərin Elxan Qoca oğlu Mirzəyev olduğu bildirilir. 1986-cı il təvəllüdlü Mirzəyev hərbi xidmətə 2007-ci ilin iyulunda Qazax rayon Hərbi Komissarlığından çağırılıb.

Ağdam paytaxt Bakıdan 370 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti