...

Nazir müavini: Diplomatiya Akademiyası tələbə qəbuluna ilyarımdan sonra başlamağı planlaşdırır (video)

Siyasət Materials 26 İyul 2007 19:36 (UTC +04:00)
Nazir müavini: Diplomatiya Akademiyası tələbə qəbuluna ilyarımdan sonra başlamağı planlaşdırır (video)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Azərbaycanın Diplomatiya Akademiyası növbəti ilyarım ərzində magistr proqramı üzrə tədris müəssisəsinin açılmasını planlaşdırır. "Bu, çox vacib bir işdir. Bu məqsədlə biz müxtəlif aparıcı xarici universitet və akademiyaların təcrübəsini araşdırır və gələcək birgə fəaliyyət planını hazırlayırıq", - deyə cümə axşamı Trend ə müsahibəsində Azərbaycanın xarici işlər nazirinin müavini, Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev bildirib.

"Ölkənin qanunlarına uyğun olaraq biz ümumi qaydalara əməl edəcəyik, lakin bəzi fərqlər olacaq. Biz xüsusi tələbləri də tətbiq etməliyik. Müxtəlif ölkələrdən çoxlu tələbə gözləyirik, bu səbəbdən də qəbul prosesini beynəlxalq standartlara uyğun unifikasiya etmək lazımdır", - deyə o bildirib.

Burada əsas diqqət bir sıra sahələrin əhatə olunmasına yönəldiləcək, bu sahələrə beynəlxalq təhlükəsizlik və münaqişələrin həlli, enerji və enerji təhlüksizliyi, enerji fəaliyyətinin ekoloji aspektləri, hakimiyyət və idarəetmə daxildir.

Rektorun sözlərinə görə, Akademiyanın əsas fəaliyyəti bu günə qədər qısamüddətli, xüsusilə də həftəlik treyninq proqramlarının keçirilməsinə yönəlib. Biz bu proqramları müxtəlif ölkələr və institutlar ilə birlikdə keçiririk.

Xəbər lenti

Xəbər lenti