...

Azərbaycanın müxalifət partiyasının sədri: "Liderlərin ambisiyaları prezident seçkilərinə vahid namizədlə gedilməsinə əngəl törədir"

Siyasət Materials 31 İyul 2007 15:02 (UTC +04:00)
Azərbaycanın müxalifət  partiyasının sədri: "Liderlərin ambisiyaları prezident seçkilərinə vahid namizədlə gedilməsinə əngəl törədir"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın müxalifət partiyalarının liderlərinin ambisiyaları prezident seçkilərinə vahid namizədlə gedilməsinə əngəl törədir. Bu bəyanatla çərşənbə axşamı Trend ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov çıxış edib.

Onun sözlərinə görə, müxalifət liderləri ortalığa qoyduqları ambisiyaları əsaslandıra bilmirlər. Bu baxımdan gələn il keçiriləcək prezident seçkilərində müxalifətin vahid namizədlə seçkilərə qatılacağı real görünmür.

"AMİP müxalifətin vahid namizədlə seçkilərə qatılmasını çox istəyir və bunun tərəfdarıdır" - deyə Rüstəmov əlavə edib.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavini və partiyanın lideridir.

Xəbər lenti

Xəbər lenti