...

İradə Baxşəliyeva "Miss simpatiya" oldu

Cəmiyyət Materials 3 Oktyabr 2007 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /müx. "TrendLife" Günel Əhmədova/

Moda Assosiasiyasından "TrendLife"a verilən məlumata görə, Çində keçirilən "Beauty of the world" gözəllik yarışması başa çatıb. Müsabiqəyə qatılan iştirakçılar bir ay birincilik uğrunda yarışıblar. Assosiasiyanın rəhbəri Zamir Hüseynovun məlumatına görə, müsabiqədə Azərbaycanı İradə Baxşəliyeva təmsil edib. Lakin o, lider sayılan zirvələrdən heç birini fəth etməyib. Azərbaycanlı iştirakçı "Miss simpatiya" nominasiyasını qazanıb. Müsabiqənin qalibi isə rusiyalı model Yelena Popana olub. İkinci yeri qırğızlı, üçüncü yeri isə ekvadorlu model qazanıb. Qeyd edək ki, "Beauty of the world" müsabiqəsinin münsiflər heyətində Zamir Hüseynov da təmsil olunub.

Xəbər lenti

Xəbər lenti