...

Almaniya və Azərbaycan arasında anlaşma memorandumu imzalanıb

Cəmiyyət Materials 4 Oktyabr 2007 15:51 (UTC +04:00)
Almaniya və Azərbaycan arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Almaniyanın Ətraf Mühit Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi ilə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında "Təmiz İnkişaf Mexanizmi" layihələrinin fəaliyyəti ilə əlaqədar əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimindən sonra çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, bu memorandumdan sonra Azərbaycanda "Təmiz İnkişaf Mexanizmi" layihələri həyata keçiriləcək. Bu da Azərbaycanda istilik effekti yaradan qazların azaldılmasına gətirib çıxardacaq. Almaniyanın Ətraf Mühit Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyinin dövlət katibi xanım Astrid Klyuq bildirib ki, Almaniyada istilik effekti yaradan qazların ətraf mühitə təsirinin azaldılması üçün müasir texnologiyalar istifadə olunur. Onun sözlərinə görə, memorandumun imzalanmasında məqsəd Almaniyanın əldə etdiyi təcrübəni Azərbaycanda tətbiq etməkdir. Xanım Klyuq bildirib ki, Avropa Birliyinin hesabatlarına görə, 2020-ci ilə qədər Avropa ölkələrində istilik effekti yaradan qazlar 30 faizə qədər azaldılacaq.

Bakıda oktyabrın 4-dən "Xəzər dənizinin davamlı inkişafı üçün strategiyalar" mövzusunda beynəlxalq konfrans işinə başlayıb. Beynəlxalq konfransda Almaniyan, Türkmənistan, İran və Qazaxıstan nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti