...

Azərbaycanın qadınlardan ibarət yığması FİFA-nın reytinqində mövqeyini yüksəldib

Cəmiyyət Materials 5 Oktyabr 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın futbol üzrə qadınlardan ibarət yığması FİFA-nın reytinqində növbəti dəfə mövqeyini yüksəldib.

Trend in verdiyi məlumata görə, dərəcə cədvəlində yığma iki pillə qalxaraq, 79-cu yeri tutub. Kollektiv dərəcə cədvəlində Şimali İrlandiya, Latviya, Venesuela, Misir, Seneqal, Kamerun, Quama, Estoniya və digər ölkələri geridə qoyur.

Bu arada təsnifata bu yaxınlarda dünya çempionu olmuş almanlar başçılıq ediblər, almanlardan sonrakı pillələri ABŞ və Braziliya tutur. Ən yaxşı on yığmaya İsveç, Norveç, Şimali Koreya, Fransa, Danimarka, Kanada, İngiltərə aiddir.

Xəbər lenti

Xəbər lenti