...

"Bu şəhərdə"-nin prodüsseri Müşfiq Abbasov: "Rafael və Coşğun haqqında çəkilən filmə rejissor axtarıram"

Cəmiyyət Materials 20 Oktyabr 2007 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

"Bu şəhərdə production" film çəkməyə hazırlaşır. 2005-ci ildə onlar "Bakı-Moskva qatarı" adlı film çəkmişdilər. İndi onlar ikinci kinolayihəyə hazırlaşırlar. Bu haqda daha ətraflı TrendLife-a "Bu şəhərdə"nin prodüseri Müşfiq Abbasov danışdı: "Sizin üçün eksklüziv olaraq bir məlumatı çatdırmaq istəyirəm. Hindsayağı filmi olacaq. Film Ci-Mi adlanacaq. Həmin filmi gələn ilin iyun ayında təqdim edəcəyik. Ci-rolunu Coşğun, Mi-rolunu Rafael oynayacaq. Filmdə Ci və Mi əkiz qardaşdırlar. Anaları botanika bağında onları dünyaya gətirir. Və oğlanın birini Rafaeli taksidə unudur. Beləliklə, Coşğun anasıyla böyüyür. Rafael isə, böyüyüb, taksi sürücüsü olur. Burda çoxlu mahnılar ifa olunacaq. Biz filmi konsertə qədər çəkmək istəyirdik. Problem ondadır ki, rejissor axtarışındayıq. Sizin agentliyiniz vasitəsi demək istəyirik ki, " Biz rejissor axtarırıq!" Ssenari, pul, aktyor, prodüser-- hər şey var. Bizə rejissor lazımdır. Onu da deyim ki, filmin sennari müəllifi özüməm."

Xəbər lenti

Xəbər lenti