...

Belarusda Azərbaycan diasporu "bazar günü" məktəbi açmağa hazırlaşır

Cəmiyyət Materials 20 Oktyabr 2007 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Belarusda Azərbaycan İcmaları Konqersi yaxın zamanlarda Minsk şəhərində bazar günü fəaliyyət göstərəcək Azərbaycan məktəbi açmağa hazırlaşır. Bu barədə şənbə günü Trend ə Beloarusda Azərbaycan İcmaları Konqersinin sədri Natiq Bağırov məlumat verib.

O bildirib ki, qeyri-rəsmi məlumatlara əsasən, Belarusda 100 minə yaxın azərbaycanlı yaşayır. Lakin bir qismi qeydiyyatda olmadığı üçün, dəqiq rəsmi məlumatlar əldə etmək mümkün deyil. Bağırovun sözlərinə görə, 50-60 min azərbaycanlı Belarusda daimi qeydiyyatla yaşayır.

Bu ölkədə xarici miqrantların qeydiyyata düşməsi üçün il ərzində 90 gün müddətinə vaxt verilir. Müddət başa çatdıqdan sonra miqranta iki dəfə xəbərdarlıq edilir, daha sonra ölkədən deportasiya olunur. Hətta cinayət işi də açıla bilər.

Bağırov bildirib ki, qeydiyyata düşmədiyi üçün azərbaycanlıların Belarusdan deportasiya edilməsi halları baş verir. Lakin onun sözlərinə görə, bu, çox geniş və kütləvi xarakter almır: "Ümumiyyətlə, bu ölkədə bütün qanunlara əməl edən əcnəbilərin heç bir problemi olmur. BelarusRusiya deyil və burada azərbaycanlıların sıxışdırılması halları baş vermir"-deyən Bağırov əlavə edib ki, qeydiyyatsız yaşayan soydaşlarımız rəsmi orqanlarda işləyə bilməzlər, lakin onlar qeyri-rəsmi sahələrdə özlərinə iş tapırlar.

Konqress sədri onu da bildirib ki, Azərbaycan və Belarus prezidentlərinin qarşılıqlı səfərlərindən sonra, ölkələrarası əlaqələr, Belarusdakı Azərbaycan icmasına münasibət daha da yaxşılaşıb.

Xəbər lenti

Xəbər lenti