...

Bakıda Mövlanə Ruminin 800 illiyinə həsr olunmuş türk bəstəkarının əsərlərinin təqdimatı keçiriləcək

Cəmiyyət Materials 25 Oktyabr 2007 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Azərbaycanda Mövlanə Rumi günləri davam edir. Ruminin 800 illiyinə həsr olunmuş daha bir konsert noyabrın 11-də Azərbaycan Dövlət filarmoniyasında təşkil olunacaq. Bu haqda TrendLife-a dirijor Yalçın Adıgözəlzadə xəbər verib. Həmin gün Bakıda dünya şöhrətli musiqiçi Qüdsi Ergüner, ondan heç də az populyar olmayan türk skripka ifaçısı Atilla Ademir çıxış edəcəklər. Onlar Yalçın Adıgözəlovın rəhbərlik etdiyi Qara Qarayev adına kamera orkestri ilə birgə türk bəstəkarı Can Aksel Akının əsərlərini ifa edəcəklər. Bu həm də həmin əsərin təqdimatı olacaq. Tədbirdə Fikrət Əmirovun "Nizami" əsəri də səslənəcək. Onu da qeyd edək ki, tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti