...

Qara Qarayevin musiqisi Ankarada səslənəcək

Cəmiyyət Materials 4 Fevral 2008 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral /müx. TrendLife Eldar Hüseynzadə/

Sabah saat 12:00-da Fəxri Xiyabanda görkəmli bəstəkar Qara Qarayevin xatirəsini anma mərasimi keçiriləcək. Bu haqda TrendLife-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva xəbər verib. Elə həmin gün mərasimdən sonra, saat 19:00-da filarmoniyada dahi bəstəkarın şərəfinə böyük konsert proqramı təşkil olunacaq. Bundan əlavə, Zöhrə xanım onu da qeyd etdi ki, fevralın 10-da Ankarada yubileylə əlaqədar tədbir gözlənilir. Bu gecənin dirijoru Rauf Abdullayev, solist Toğrul Qəniyev olacaq.

Xəbər lenti

Xəbər lenti