...

Gürcüstan azərbaycanlıları polis zorakılığına son qoymağı tələb edir

Cəmiyyət Materials 18 Fevral 2008 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı 18 fevral /. Trend , müxbir C.Babayeva/ Gürcüstanın Bolnisi rayonunda yaşayan azərbaycanlılar Azərbaycan və Gürcüstan prezidentlərinə, onlara qarşı davam edən təzyiqlərə son qoyulması ilə bağlı müraciət ediblər. Bu barədə Trend ə Gürcüstan azərbaycanlılarının "Qeyrət" xalq hərəkatından məlumat verilib.

Müraciətdə bildirlib ki, Bolnisi rayon polisinin əməkdaşları tərəfindən su anbarının rəisi, Arıxlı kənd sakini Musa Tanrıverdiyev qanunsuz həbs olunub. "Musa Tanrıverdiyev hamının gözü onündə döyülərək, Bolnisinin mərkəzinə aparılıb. Daha sonra onun maşınında axtarış apararaq, marixuana aşkar etdiklərini bildiriblər. Hadisə şahidlərinin ciddi narazılığı ilə üzləşən polislər saxlanılan şəxsə qarşı tutduqları əməli qanuniləşdirmək üçün polisə müqavimət göstərmə haqqınnda maddəni də işə əlavə ediblər".

Bununla bağlı, Bolnisi sakinləri Gürcüstanın Baş prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət etsələr də, Bolnisi prokurorluğu ən azı 20 min lari girov müqabilində, saxlanılan şəxsin sərbəst buraxılmasını tələb edib

Müracitədə uzun illər azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan Tanrıverdiyevin həbsi Bolnisi rayonunda yaşayan azərbaycanlıların bolgəni tərk etməsi üçün aparılan tədbirlər planının tərkib hissəsi kimi qiymətləndirilib və prezident seçkiləri ərəfəsində Gürcüstan azərbaycanlılarına verilmiş vədlərin ənənəvi təzyiqlər və polis zorakılığı ilə əvəz olunduğu bildirilib.

Xəbər lenti

Xəbər lenti