...

Sənət dünyasında adım çoxdan qəbul olunub – Azərbaycan müğənnisi Lalə Məmmədova

Cəmiyyət Materials 7 Aprel 2008 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Yerli şou-dünyasında müğənnilərin qalmaqallarla gündəmdə qalması, demək olar, adi hal kimi qəbul olunub. Ancaq elə müğənnilər var ki, onlar səs imkanlarına görə həmkarlarından fərqlənib, özlərini tamaşaçılara sevdirməyə müvəffəq olublar. Müğənni Lalə Məmmədova da əsl sənətlə məşğul olan xanımlardandır. Deyir ki, qalmaqallarla gündəmdə yenilik yaratmaq istəyənlər, hansısa istedada malik olmadıqlarına görə bu niyyətlərindən əl çəkə bilmirlər: "Düzdür, demək olmaz ki, mən hamının xoşuna gəlirəm. Amma sevinirəm ki, bir çoxlarından fərqli olaraq, sənət dünyasında adım çoxdan qəbul olunub. Yəni, gəldi-gedər sənətçilərdən deyiləm. Digər tərəfdən, ailədə aldığım tərbiyənin də böyük rolu var. Fikrimcə, başqa cür ola da bilməzdi. Bütün həmkarlarıma mənim kimi gözəl ailəyə sahib olmalarını arzulayıram".

Sənətdəki yeniliklərindən də danışan Lalə xanım yeni klip çəkilişlərinə başlayacağını da gizlətmədi: "Sözləri Vahid Əlioğluna, musiqisi Sevda Məmmədliyə aid olan "Ürək dostum" mahnısına klip çəkdirməyi düşünürəm. "Yar bizə qonaq gələcək" mahnıma klip çəkmiş Etibar Həsənov rejissorluğu öz üzərinə götürüb . Hər şey planlaşdırdığımız kimi getsə, yaxın 10 gün ərzində kamera önünə keçəcəyəm".

Xəbər lenti

Xəbər lenti