Azərbaycan, Bakı, 08 aprel /müx.TrendLife Safura/
Azərbaycanda meyxana sənətinin ustadı olan Ağasəlim Çıldaq uzun xəstəlikdən sonra çərşənbə axşamı səhər saatlarında dünyasını dəyişib. Qızı və kürəkəninin yanında keçinən Ağasəlim Çıldağın son sözləri - "Mən rahat gedirəm" - oldu. Bu haqda "TrendLife"-a sənətkarın bacısı oğlu meyxanaçı Ağamirzə məlumat verdi:
"Biz dahi meyxanaçını itirdik. Qolumuz- qanadımız sındı. Dayımın yoxluğu nəinki mənim üçün, bütün meyxana dünyası üçün böyük itkidir. Meyxanamız sındı. Onsuz meyxanamızı təsəvvür emirəm. Bir ağsaqqalımız var idi. Hamımız onunla məsləhətləşirdik. Ondan öyrənirdik. Bundan sonra necə olacaq, bilmirəm. Onun yoxluğuna inanmaq istəmirəm"
Dahi meyxana ustası Ağasəlim Çıldağ elə bu gün saat 18. 00- da doğma kəndində - Məşağada dəfn olunacaq. Bütün meyxana əhli ustadı son mənzilə yola salmağa gedəcək.