...

Azərbaycanda həbs olunan türkiyəli siyasətçi məhkəmədə jurnalistlərin iştirakına etiraz edib

Cəmiyyət Materials 21 Aprel 2008 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Müstəqil Türkiyə Partiyası (MTP) sədrinin müavininin məhkəmə prosesində jurnalistlərin iştirakına qadağa qoyulub.

Bu barədə bazar ertəsi Yasamal rayon məhkəməsində Mehmet Harun Kayacının işi üzrə keçirilən hazırlıq iclasında qərar qəbul olunub. Məhkəmədən bildirilib ki, Kayacı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesində jurnalistlərin iştirak etməməsini xahiş edib.

Hazırlıq iclasında partiya sədrinin xahişi təmin olunub və iş üzrə məhkəmə prosesi mayın 2-nə təyin olunub.

Ötən ilin oktyabr ayında Hərbi Prokurorluq tərəfindən həbs olunan Müstəqil Türkiyə Partiyası (MTP) sədrinin müavini Kayacı ilə birgə daha bir türk və azərbaycanlı da təqsirli bilinir.

Partiya sədri və digər iki nəfər Cinayət Məcəlləsinin dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə (168) maddəsi ilə ittiham olunur.

Kayacı hazırda Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılır.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti