...

Kinoprakatın fəaliyyəti yenidən qurulmalıdır – Həmidə Ömərova

Cəmiyyət Materials 21 Aprel 2008 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /müx. TrendLife Günel Əhmədova

Kinoteatrlarda tamaşaçı azlığı aktrisa Həmidə Ömərovanı da narahat edən problemlərdəndir. Bunun çıxış yolu barədə düşündüyünü TrendLife-a bildirən Həmidə xanımın fikrincə, ilk öncə kinoprakatın fəaliyyəti yenidən qurulmalıdır: "Bir çox kino adamları iddia edirlər ki, bu sahənin inkişafı üçün puldan daha çox avadanlıq lazımdır. Həmin avadanlığı da əldə etmək üçün külli miqdarda vəsait tələb olunur. Onu bizə heç kimin hədiyyə etmək niyyəti yoxdur. Kino külli miqdarda maliyyə tələb edən sahədir. Onun inkişafını düşünürüksə, pul da xərcləməliyik. Eyni zamanda yuxarıda qeyd etdiyim kimi, kinoprakat fəaliyyət göstərməlidir".

Aktrisanın əlavəsinə görə, əgər adını çəkdiyi qurum yoxdursa, kino mənfəət verməyəcək. Onun fikrincə, mənfəət verməyən sahəyə sahikbar pul ayırmır. Azərbaycan kinosunun gələcəyini daha yüksəklərdə görmək arzusunda olan Həmidə Ömərova çalışdığı gildiyanın da buna xidmət etdiyini sözünə əlavə etdi.

Söhbəti zamanı aktirsa vurğuladı ki, son illər passivləşən kino tənqidçilərinə də bu gün ehtiyac var. Onun fikrincə, kinonun durumunun necə olduğunu ilk öncə tənqidçilər müəyyən edirlər. Lakin o, bu sahədə boşluq hiss olunduğunu etiraf etdi: "Bu ifadəni eyni zamanda teatrlara da aid etmək olar. Sənət inkişaf etmədikcə, yüksək peşəyə sahib kadrlar da yetişmir. Bir məqamı da diqqətinizə çatdırım ki, sovetin dövründə, söhbət 70-80-ci illərdən gedir. Həmin dönəmdə 20-30 film çəkilibsə, indi bu göstərici iki dəfə aşağı düşüb. Əksəriyyətinin çəkilişi bir ildən artıq çəkir ki, bunu da yenə maliyyə çatışmamazlığına bağlamaq olar".

Xəbər lenti

Xəbər lenti