Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir R.Ergün/ Türkiyənin "Boluspor" futbol klubuna transfer olunacağı gözlənilən Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqov bir neçə gün gözləmək niyyətindədir. Bu barədə Trend -a futbolçunun özü məlumat verib.
Trend -un arayışı: Bir müddət əvvəl "Neftçi" klubunun əsas komandasından uzaqlaşdırılan Sadıqovun "Boluspor"la 6 aylıq müqavilə bağlayacağı gözlənilir. Amma futbolçunun "Neftçi" ilə müqaviləsi başa çatmadığı üçün, onun Türkiyənin birinci liqasında çıxış edən kluba keçidində problem yarana bilər. Deyilənlərə görə, "Neftçi" rəhbərliyi Sadıqovdan onunla müqavilədə nəzərdə tutulan 400 min dolları geri qaytarmasını tələb edir.
Müdafiəçi mövqeyində çıxış edən futbolçu "Neftçi" ilə müqaviləsinin detalları barədə danışmaq istəmədiyini bildirib.
Sadıqovla yanaşı daha beş futbolçu - Georgi Adamiya, Aleksandr Çertoqanov, Elnur Allahverdiyev, Levent Kartop və Rəşad Sadiqov da "Neftçi"nin əsas komandasından kənarlaşdırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]