...

Azərbaycanın Mətbuat Şurası bir ay ərzində mediada 2545 peşə etikası pozuntusu aşkar edib

Cəmiyyət Materials 13 Mart 2009 13:07 (UTC +04:00)

Azərbaycan, Bаkı, 13 mart  / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Mətbuat Şurası kütləvi informasiya orqanlarında bir ay ərzində apardığı monitorinq nəticəsində 2545 peşə etikası pozuntusu aşkarlayıb.

"Bu pozuntuların 2355-i (92,6 faizi) mətbu kütləvi informasiya vasitələrində, 190-ı (7,4 faizi) internet-saytlarda qeydə alınıb", - Trend -un məlumatına görə, cümə günü keçirilən mətbuat konfransında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Тrend Nеws-un arayışı: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslardır.

Amaşovun sözlərinə görə, pozuntular daha çox özgə müəllifin yazılarına istinad edilməməsi (530 dəfə) və özgəsinin materialının müəllifi göstərilmədən öz imzası ilə verilməsi (444 dəfə) faktı ilə bağlı olub.

"Monitorinq zamanı jurnalistin tərəf kimi çıxış etməsi, böhtan, fikrin təhrifi, real olmayan fakta əsaslanmış tənqid və digər faktlar da aşkarlanıb", - Şura sədri əlavə edib.

Şura sədri deyib ki, monitorinq zamanı qəzet və saytlarda "Adın qorunması - şərəf və ləyaqət, şəxsi həyatın toxunulmazlığı" prinsipinin ümumilikdə 184 dəfə pozulduğu aşkarlanıb.

Mətbuat Şurası "Mətbuatda peşə etikası norma və qanunlarının gözlənilməsi" layihəsini ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin maliyyə dəstəyi ilə həyata keçirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti