...

Azərbaycan Premyer Liqasının formatı dəyişdirilib

Cəmiyyət Materials 16 Mart 2009 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir E.Məmmədov /

Azərbaycan Premyer Liqasının formatı dəyişdirilib.

Trend -un məlumatına görə, birinci diviziondan heç bir komanda növbəti mövsümdə Premyer Liqada çıxış etməyəcək. Bu qərar AFFA-nın bazaar ertəsi keçirilən konfransında qəbul olunub.

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev konfransda deyib ki, birinci divizion təmsilçiləri onlara maliyyə imkanlarına görə Premyer Liqada oynaya bilməyəcəkləri haqda məlumat veriblər.

Belə olan halda, formatın dəyişdirilməsi gündəmə gəlib və səsvermə nəticəsində qəbul olunub.
Cari mövsümün yekununa əsasən, Premyer Liqada ilk 12 yeri tutan komanda növbəti mövsümdə də iştirak edəcək. 13 və 14-cü yeri tutanlar avtomatik birinci diviziona düşəcək. Əvvəlki formata görə, 12-ci yer də avtomatik aşağı düşənlərin sırasında olacaqdı. 11-ci yeri tutan isə birinci divizionda 2-ci yeri tutanla pley-off oyunlarında iştirak etməli idi. Birinci divizionun qalibi isə Premyer Liqada yerini təmin etmiş olurdu.

Növbəti mövsüm yüksək liqada mübarizə iki mərhələ, dörd dövrədən ibarət olacaq. Avqustda başlayacaq çempionat martda yekunlaşacaq. Bundan sonra 1-6-cı və 7-12-ci yerləri tutanlar arasında ayrılıqda yarış olacaq. Bu zaman ilk mərhələdə toplanan xallar qüvvədə qalacaq və çempionat ümumilikdə 32 turdan ibarət olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti