...

Azərbaycanda qanunsuz yolla ali məktəblərə tələbə qəbul etdirməkdə təqsirli bilinənlər məhkəmə zalından azad olunublar

Cəmiyyət Materials 1 Dekabr 2009 16:51 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Səbinə Təhməzovaya 2 il sınaq müddəti olmaqla 7 il və Azər Məmmədova 4 il sınaq müddəti olmaqla 7 il şərti iş verilib.

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda qanunsuz yolla ali məktəblərə tələbə qəbul etdirməkdə təqsirli bilinən şəxslərə hökm oxunub.

Trend -un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Səbinə Təhməzovaya 2 il sınaq müddəti olmaqla 7 il və Azər Məmmədova 4 il sınaq müddəti olmaqla 7 il şərti iş verilib. Təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmək (178.3.2) maddəsi ilə ittiham olunublar.

2007 və 2008-ci illər ərzində Bakının Səbail rayonu, Neftçilər prospektində Səbinə Təhməzova və Azər Məmmədov Mərdəkan qəsəbə sakini Müzəffər Həsənovun etimadını qazanaraq, oğlanlarını ali məktəbə düzəldəcəkləri adı ilə ondan 9000 ABŞ dolları və 9000 manat alıblar.

Təqsirləndirilən şəxslər bu il aprelin 19-da Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları tərəfindən tutulublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti