...

Danışılmış oyun təsdiqlənərsə, "Turan" və "Neftçi" klubları çempionatdan kənarlaşdırılacaq - Azərbaycan PFL-in prezidenti

Cəmiyyət Materials 7 Dekabr 2009 13:19 (UTC +04:00)
"Bütün mətbuatda gedən yazılara hörmət alaraq "Turan" -"Neftçi" görüşünün danışılmış oyun olub-olmadığını müəyyənləşdirmək üçün komissiya təşkil etmişik, ilin axırına qədər baxılıb cavab verilməlidir. Danışılmış oyun təsdiqlənərsə, hər iki komanda çempionatdan uzaqlaşdırılacaq", - bazar ertəsi Trend News-a PFL-in prezidenti Ramin Musayev deyib.
Danışılmış oyun təsdiqlənərsə, "Turan"  və "Neftçi" klubları çempionatdan kənarlaşdırılacaq - Azərbaycan PFL-in prezidenti

Azərbaycan, Bakı, 7 dekabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycan Peşəkar Futbol Liqası (PFL) "Turan" -"Neftçi" görüşünün danışılmış oyun kimi təsdiqləsə, hər iki komanda çempionatdan uzaqlaşdırılacaq.

"Bütün mətbuatda gedən yazılara hörmət alaraq "Turan" -"Neftçi" görüşünün danışılmış oyun olub-olmadığını müəyyənləşdirmək üçün komissiya təşkil etmişik, ilin axırına qədər baxılıb cavab verilməlidir. Danışılmış oyun təsdiqlənərsə, hər iki komanda çempionatdan uzaqlaşdırılacaq", - bazar ertəsi Trend -a PFL-in prezidenti Ramin Musayev deyib.

"Unibank Premyer Liqasının" 13-cü turu çərçivəsində Bakının "Neftçi" klubu səfərdə Tovuzun "Turan" komandasını 3:2 hesabıyla udub. "Neftçi" ilk hissədə 2:0 hesabıyla uduzurdu.

Bəzi yerli KİV-lər bu oyunun danışıldığını iddia edir.

"Bu yazıları, oyunu kimin belə şişirtdiyini bilmirəm. Mən nə "Neftçi"ni, nə öz vəzifəmi müdafiə etmirəm, sadəcə adam bu haqsızlıqları eşidəndə sözünü deməlidir. Necə olur ki, "Neftçi" 2:0 irəlidə olduğu oyunda "İnter"ə 3:2 uduzanda, onda heç kim heç nə demir? "Neftçi" 1:0 udduğu oyunda "Turan"a 2:1 uduzanda da bir söz demirlər. Amma 2:0 uduzduğu oyunda 3:2 hesabı ilə qalib gələndə deyirlər ki, "Neftçi" danışıb uddu. Məgər "Turan"ın özünə xal lazım deyil? "Turan" o qədər qabaqda gedir ki, xala ehtiyacı olmasın?", - PFL prezidenti əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti