...

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçə gedəcək

Cəmiyyət Materials 7 Dekabr 2009 14:42 (UTC +04:00)
Dekabrın 7-dən 13-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçin paytaxtı Stokholm şəhərində işgüzar səfərdə olacaq, bazar ertəsi Fonddan Trend News-a bildirilib.
Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçə gedəcək

Azərbaycan, Bakı, 7 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Dekabrın 7-dən 13-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçin paytaxtı Stokholm şəhərində işgüzar səfərdə olacaq, bazar ertəsi Fonddan Trend -a bildirilib.

Fondun İcraçı direktoru Vüqar Səfərlinin rəhbərlik edəcəyi heyətin tərkibinə Fondun Müşahidə Şurasının üzvləri - Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin aparıcı məsləhətçisi Zöhrə Əliyeva və Fondun əməkdaşı Vüsal Heydərov daxildir.

Səfərdə məqsəd Fondun beynəlxalq əlaqələrini genişləndirmək, KİV-lərə dövlət dəstəyi sahəsində beynəlxalq təcrübəni öyrənmək, Stokholm şəhərində İsveçin Mətbuata Maddi Yardım Təşkilatının rəhbərləri ilə görüşmək, yardım almış media qurumlarının təcrübəsi ilə tanış olmaq və gələcəkdə bu təcrübədən faydalanmaqdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti