...

Azərbaycanın Sumqayıt şəhərində "Almaniyanın romantik şəhərləri" adlı sərgi açılıb

Cəmiyyət Materials 15 Dekabr 2009 15:59 (UTC +04:00)
Sumqayıt şəhər İcra Hakimiyyətindən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, çərşənbə axşamı Sumqayıt Dövlət Rəsm Qalereyasında açılan sərgi Almaniyanın Azərbaycandakı səfirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Azərbaycanın Sumqayıt şəhərində "Almaniyanın romantik şəhərləri" adlı sərgi açılıb

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Sumqayıt şəhərində "Almaniyanın romantik şəhərləri" adlı sərgi açılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, çərşənbə axşamı Sumqayıt Dövlət Rəsm Qalereyasında açılan sərgi Almaniyanın Azərbaycandakı səfirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Açılışda şəhər İcra Hakimiyyətinin nümayəndələri, Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Per Kristofer Stankina (Dr. Peer Christopher Stanchina) və şəhər ictimaiyyəti iştirak edib.

Azərbaycanda Almaniya Həftələri ilə əlaqədar "Almaniya ilə tanışlıq" proqramı çərçivəsində həyata keçirilən bu sərgidə Almaniyanın görməli yerlərini əks etdirən əsərlər nümayiş olunub.

Sərgi dekabrın 25-dək davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti