...

Azərbaycanda ali məktəblərə qanunsuz tələbə düzəltmək adı ilə vətəndaşları aldadan şəxslərin məhkəməsi keçirilib

Cəmiyyət Materials 18 Dekabr 2009 16:54 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə çıxış edən prokuror Rauf Dadaşovun 12, Vaqif Şahbazovun 8 və Sücayət Məmmədovanın 11 il azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda ali məktəblərə qanunsuz yolla tələbə düzəltmək adı ilə vətəndaşları aldadan dəstə üzvlərinin məhkəməsi keçirilib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror Rauf Dadaşovun 12, Vaqif Şahbazovun 8 və Sücayət Məmmədovanın 11 il azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Məhkəmə dekabrın 21-də hökm elan edəcək.

Təqsirləndirilən şəxslər 40 nəfər abituriyenti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar ali məktəbə düzəltmək adı ilə aldadaraq onların külli miqdarda əmlakını mənimsəyiblər.

Dəstənin aldatdığı zərərçəkmişlərdən biri də tikinti şirkətinin rəhbəri olub.

Dadaşov 2007-ci ildə "Nəcibə" MMC tikinti şirkətinin rəhbəri Asif Ələmovdan 350 min ABŞ dolları alaraq, onun şirkətinə İqtisadi İnkişaf Nazirliyindən maliyyə yardımı veriləcəyini vəd edib.

Ələmov "GEN" MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyevin rəhbərlik etdiyi dəstədə iştirakda mühakimə edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti