...

2009-cu ildə Azərbaycan milli komandasının ən yaxşı futbolçularının adları açıqlanıb (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2009 14:15 (UTC +04:00)
AFFA-nın təşkil etdiyi sorğunun mükafatlandırma mərasimi “Landmark” biznes mərkəzinin “Rotunda” zalında keçirilib. Tədbirdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Cingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, klubların rəsmiləri, baş məşqçiləri, idman ictimaiyyətinin üzvləri iştirak ediblər.
2009-cu ildə Azərbaycan milli komandasının ən yaxşı futbolçularının adları açıqlanıb (FOTO)

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir F.Hüseynli/

Bu gün 2009-cu ildə Azərbaycan milli komandasının ən yaxşı futbolçularının adları açıqlanıb.

Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) təşkil etdiyi sorğunun mükafatlandırma mərasimi "Landmark" biznes mərkəzinin "Rotunda" zalında keçirilib. Tədbirdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Cingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, klubların rəsmiləri, baş məşqçiləri, idman ictimaiyyətinin üzvləri iştirak ediblər.

Trend -un məlumatına görə, ilin ən yaxşı qadın futbolçusu Ana Atayeva olub. İlin ən yaxşı futzalçısı Rizvan Fərzəliyev seçilib. Çimərlik üzrə yığmanın ən yaxşı futbolçusu Elvin Quliyev olub.

Ən sonda əsas milli komandanın ən yaxşı futbolçusu və qapıçısının adları açıqlanıb. Bu nominasiyada sorğu Unibank Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri, kapitanları, əsas milli komandanın baş məşqçisi, texniki direktor və veteran futbolçu - İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov arasında keçirilib. Yığmanın ən yaxşı qapıçısı Kamran Ağayev seçilib. AFFA-nın vitse-prezidenti Elşad Nəsirov isə milli komandanın ən yaxşı futbolçusu seçilən Vaqif Cavadovu mükafatlandırıb.

"İzlədiyimiz çarx bizim üçün bir siqnaldır. İnşallah, tezliklə bizim yığmamız da Avropa çempionatında iştirak hüququna yiyələnəcək. 2009-cu il bol futbolla yadda qalıb. Əsas milli komandamız uğurlu, intizamlı oyun göstərib. Futzal yığmamız Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb, qızlarımız yaxşı təsir bağışlayıblar. Üstəlik, çimərlik futbolu üzrə milli komandamız Avropanın reytinq cədvəlində 9-cu yerə yüksəlib", - AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti