...

Azərbaycanda gizli yolla benzin oğurluğunda təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb

Cəmiyyət Materials 24 Dekabr 2009 13:08 (UTC +04:00)
Azərbaycanda gizli yolla benzin oğurluğunda təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb.
Azərbaycanda gizli yolla benzin oğurluğunda təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir H.Bağırov /

Azərbaycanda gizli yolla benzin oğurluğunda təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Natiq Aslanov, "Kompaniya FF" MMC-nin rəhbəri Fikrət Qasımov, onun qardaşı Fərhad Qasımov, Bakı şəhər sakinləri - İlham Həsənov, Rövşən Məmmədov, İlqar Salayev, Elxan Hüseynov, Əlixan Hüseynov, Knyaz Əliyev, Tərtər rayon sakini Xanlar Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı 2010-cu il yanvarın 8-nə təyin edilib.

Təqsirləndirilən şəxslər 2009-cu ilin avqustunda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əıməkdaşları tərəfindən tutulublar.

Dəstə üzvləri cinayət əlaqəsinə girərək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun istehsalat sexini hazır məhsul anbarı ilə birləşdirən hissədən gizli yolla yeraltı boru xətti çəkərək benzin oğurlamaqda təqsirli bilinirlər.

Dəstə üzvləri yeraltı boru xətti vasitəsilə avtomobillərlə Aİ-95 markalı benzin oğurlayaraq satışı ilə məşğul olublar.

Onlar Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən, küllü miqdarda ziyan vurmaqla oğurluq etmək (177.3.1, 177.3.2) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti