...

Azərbaycanda dövlət əmlakını talamaqda təqsirli bilinən sabiq icra başçısının məhkəməsi başlayıb

Cəmiyyət Materials 15 Yanvar 2010 10:45 (UTC +04:00)
Azərbaycanda dövlət əmlakını talamaqda təqsirli bilinən sabiq icra başçısının məhkəməsi başlayıb.
Azərbaycanda dövlət əmlakını talamaqda təqsirli bilinən sabiq icra başçısının məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda dövlət əmlakını talamaqda təqsirli bilinən sabiq icra başçısının məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Mingəçevir şəhər İcra Hakimiyyətinin sabiq başçısı Süleyman Mustafa oğlu Rəşidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı yanvarın 19-na təyin edilib.

Rəşidov 1997-ci ilə kimi Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. Həmin il O, Mingəçevir ŞİH-in başçısı vəzifəsinə təyin olunub. Rəşidov 1998-ci ildə icra başçısı vəzifəsindən azad edildikdən sonra barəsində axtarış elan edilib. Ötən ilin sentyabrında həbs olunan Rəşidov külli mqidarda dövlət əmlakını talamaqda ittiham edilib. Rəşidov təhsil şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə dövlət tərəfindən şəhərdə təhsil ocaqlarına ayrılmış külli miqdarda pulu mənimsəyib.

Rəşidov Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə (179.3.2), vəzifə səlahiyyətlərini aşma (308.2), vəzifə saxtakarlığı (313) maddələri ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti