...

Azərbaycanda terror barədə yalan məlumat verməkdə ittiham olunan məktəb direktoruna 2 il cəza verilib

Cəmiyyət Materials 19 Yanvar 2010 15:34 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Şəmkir rayonu Çənlibel kəndindəki orta məktəbin direktoru Hidayət Hüseynovun işi üzrə keçirilən prosesdə hökm elan olunub.
Azərbaycanda  terror barədə yalan məlumat verməkdə ittiham olunan məktəb direktoruna 2 il cəza verilib

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda terror barədə yalan məlumat verməkdə ittiham olunan məktəb direktoruna 2 il cəza verilib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə MəhkəməŞəmkir rayonu Çənlibel kəndindəki orta məktəbin direktoru Hidayət Hüseynovun işi üzrə keçirilən prosesdə hökm elan olunub.

53 yaşlı Hidayət Hüseynov sərxoş vəziyyətdə bu il oktyabrın 17-də Şəmkir rayon Polis İdarəsinə, sonra isə Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edərək, rəhbərlik etdiyi orta məktəbə bomba qoyulması barədə xəbər verib.

Məktəbdə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparsalar da, məlumat təsdiqini tapmayıb. Hüseynov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hüseynov Cinayət Məcəlləsinin 216-cı (terrorla hədələmə) maddəsi ilə ittiham olunub.

Hüseynovun 33 illik pedaqoji təcrübəsi var, 1990-cı ildən məktəb direktoru vəzifəsində işləyir.

Xəbər lenti

Xəbər lenti