...

Azərbaycanda təhsil strateji prioritetlərdən biridir - RF Federasiya Şurası sədrinin müşaviri

Cəmiyyət Materials 22 Yanvar 2010 17:44 (UTC +04:00)
Azərbaycanda təhsil strateji prioritetlərdən biridir, bu da təbiidir, çünki təhsil xalqın və bütün ölkənin bütün gələcəyinin əsasıdır. Bunu RF Federasiya Şurasının sədr müşaviri Gennadi Burbulis Bakı Slavyan Universitetində tələbələrlə görüşü zamanı deyib.
Azərbaycanda təhsil strateji prioritetlərdən biridir - RF Federasiya Şurası sədrinin müşaviri

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir Ü.Sadıxova/

Azərbaycanda təhsil strateji prioritetlərdən biridir, bu da təbiidir, çünki təhsil xalqın və bütün ölkənin bütün gələcəyinin əsasıdır. Bunu RF Federasiya Şurası sədrinin müşaviri Gennadi Burbulis Bakı Slavyan Universitetində tələbələrlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, bu gün bütün dünyanın sistemli böhranla qarşılaşdığı bir vaxtda Azərbaycan və Çin yeganə dövlətlərdir ki, iqtisadiyyatın artım dinamikasını saxlayıblar. O deyib ki, Azərbaycan uğurla ölkədə təhsilin inkişafına iqtisadi dividendlər yönəldir.

Burbulis Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunda iştirak etmək üçün Bakıya gəlib.

Cümə günü Bakıda Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu işinə başlayıb. Forum təşkilatçıları hər iki ölkənin dövlət strukturlarıdır. Forum zamanı ikitərəfli əlaqələrin inkişafı, siyasi strukturların qarşılıqlı fəaliyyəti, ölkələrin vətəndaş cəmiyyətləri, peşəkar birliklər və yaradıcılıq ittifaqları məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Əsas diqqət KİV-in Rusiya və Azərbaycan arasında körpü yaradılmasındakı roluna, iki ölkə həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması, rus dilinin qorunub saxlanması və rusdilli informasiya məkanının genişləndirilməsinə yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti