...

Bakı Metropoliteninin maşinistini qətlə yetirməkdə günahlandırılan yeniyetmə cinayətini etiraf edib

Cəmiyyət Materials 28 Yanvar 2010 13:14 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhər sakini Əli Əhmədovun cinayət işi üzrə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Bakı Metropoliteninin maşinistini qətlə yetirməkdə günahlandırılan yeniyetmə cinayətini etiraf edib

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda Bakı Metropoliteninin maşinistini qətlə yetirməkdə ittiham olunan azyaşlının məhkəməsi başlanıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə MəhkəməBakı şəhər sakini Əli Əhmədovun cinayət işi üzrə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Əhmədov törətdiyi cinayəti etiraf edib. O, özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) maddəsi ilə ittiham olunur.

16 yaşlı Əhmədov 2009-cu il iyunun 8-də Bakı Metropoliteninin "Sahil" metro stansiyasında Bakı Metropoliteninin əməkdaşı, maşinist köməkçisi, 1949-cu il təvəllüdlü Məmmədov Yaqub Məmməd oğlunu ürək nayihəsindən bıçaqlayaraq qətlə yetirib. Məmmədov aldığı xəsarətdən yerindəcə keçinib. Əhmədov hadisə yerindəcə saxlanılıb.

Xəbər lenti

Xəbər lenti