...

Azərbaycan şairi Musa Yaqubun həyat və yaradıcılığına həsr olunmuş kitab çap olunub

Cəmiyyət Materials 30 Mart 2010 15:52 (UTC +04:00)
"Musa Yaqubun poeziyası" adlı kitabın müəllifi tanınmış yazıçı-publisist, dosent Allahverdi Eminovdur.

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan şairi Musa Yaqubun həyat və yaradıcılığına həsr olunmuş kitab çap olunub.

"Musa Yaqubun poeziyası" adlı kitabın müəllifi tanınmış yazıçı-publisist, dosent Allahverdi Eminovdur.

Azərbaycanın görkəmli şairi, çağdaş poeziyamızın söz nəhənglərindən olan, Söz Azadlığını Müdafifiə Fondunun (SAMF) sədri Musa Yaqubun keçdiyi həyat yolu və bənzərsiz, dərin qatlara söykənən yaradıcılığını tamamilə əhatə edən kitabı təkcə ədəbi tənqid prizmasından dəyərləndirmək mümkün deyil. Şairin yaradıcılığına analitik baxış güzgüsü sərgiləyən ikinci kitab, dəyərli ədəbi nümunədir.

Birinci kitab tənqidçi Vaqif Yusiflinin "Yaxşı ki sən varsan" olub. Bu kitabların ardıcıllıqla yazılaraq bir silsiləyə çevrilməsi isə şübhəsiz ki, Musa Yaqub poeziyası və şəxsiyyətinin Azərbaycan xalqının yaddaşında və ədəbi tarixində əvəzsiz yer tutacağının real göstəricisidir. Yazıçı-publisist Allahverdi Eminov kitabda Musa Yaqub ucalığının bütün çalarlarını yüksək sənətkarlıqla əks etdirə bilib. Kitabın orijinal cəhətlərindən biri də müəllifin "ön söz"dən imtinasıdır. Bu isə imkan verib ki, Eminov Musa Yaqub haqqında öz ədəbi qeydlərini tamamilə oxucu dəyərləndirmələrinin ixtiyarına buraxsın.

Kitab 7 bölmə və əlavələrdən ibarətdir. Elmi redaktoru professor Tərlan Novruzov, rəyçisi dosent Aydın Paşayevdir. Kitab 500 nüsxə ilə çap olunub.

Xəbər lenti

Xəbər lenti