...

Azərbaycanda dələduzluqda ittiham olunan hərbi qulluqçunun məhkəməsi başlayıb

Cəmiyyət Materials 29 Aprel 2010 15:58 (UTC +04:00)
Trend-in məlumatına görə, Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Fuad Fətəliyevin cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Azərbaycanda dələduzluqda ittiham olunan hərbi qulluqçunun məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda dələduzluqda ittiham olunan hərbi qulluqçunun məhkəməsi başlayıb.

Trend-in məlumatına görə, Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Fuad Fətəliyevin cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində qeyd edib ki, əsgərlərin yerinin dəyişdirilməsi, onlara yaxşı baxılması üçün pul alıb.

Məhkəmə prosesi mayın 4-də davam etdiriləcək.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək (178.2.1, 178.2.2, 178.2.4) maddələri ilə ittiham edilir.

Fətəliyev xidmət etdiyi hərbi Hissədə əsəglərin valideynlərindən külli miqdarda pul alaraq, onların yerini yaxşı edəcəyini vəd edib. O, pulu alsa da, vədinə əməl etməyib.

Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti