...

1941-1945-ci illər müharibəsi iştirakçılarına dövlət tərəfindən verilən birdəfəlik maddi yardımların ən yüksək məbləği Azərbaycanda qeydə alınıb - Səlim Müslümov (FOTO)

Cəmiyyət Materials 6 May 2010 15:50 (UTC +04:00)
1941-1945-ci illər müharibəsi iştirakçılarına dövlət tərəfindən verilən birdəfəlik maddi yardımların ən yüksək məbləği Azərbaycanda qeydə alınıb
1941-1945-ci illər müharibəsi iştirakçılarına dövlət tərəfindən verilən birdəfəlik maddi yardımların ən yüksək məbləği Azərbaycanda qeydə alınıb - Səlim Müslümov (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sumqayıt şəhər şöbəsində cümə axşamı 1941-1945-ci illər müharibəsində qələbənin 65-ci ildönümü ilə əlaqədar bir qrup Böyük Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib. Bu barədə cümə axşamı Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev məlumat verib.

"Nəzərə çatdırım ki, 1941-1945-ci illər müharibəsi iştirakçılarına dövlət tərəfindən verilən birdəfəlik maddi yardımların ən yüksək məbləği Azərbaycanda qeydə alınıb. Məsələn, Qazaxıstanda bu məbləg Azərbaycan manatı ilə götürsək təxminən 357 manat, Ukraynada 100 manat, Belarusda 135 manat, Rusiyada 138 manat və s. təşkil edib", - DSMF sədri Səlim Müslümov çıxışında bildirib.

Müslümov deyib ki, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən yüksək dəyərləndirilib. Ümummilli lider hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşıb.

"Ümummilii liderimizin bu siyasəti Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Cənab Prezidentin "1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram"ın təsdiq edilməsi haqqında", həmçinin "1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə" sərəncamları bu qayğının bariz nümunəsidir", - Müslümov deyib.

DSMF sədri nəzərə çatdırıb ki, artıq ötən həftə 1941-1945-ci illər müharibəsi iştirakçılarına 500 manat, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə isə 200 manat birdəfəlik maddi yardımın çatdırılması yekunlaşıb.

Müslümov vurğulayıb ki, bundan başqa, "1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram"ına uyğun olaraq hazırlanan təkliflər əsasında yanvarın 1-dən etibarən Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb.

Görüşün sonunda Böyük Vətən müharibəsi iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Xəbər lenti

Xəbər lenti