...

Azərbaycanın mərhum filoloq-alimin yubiley tədbiri keçirilib

Cəmiyyət Materials 20 May 2010 17:41 (UTC +04:00)
Azərbaycanın mərhum filoloq-aliminin 70 illiyi ilə bağlı tədbir keçirilib
Azərbaycanın mərhum filoloq-alimin yubiley tədbiri keçirilib

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanda mərhum şair, filoloq-alimi Ağa Laçınlının yubliyei qeyd olunub.

Bakının Binə qəsəbəsində yerləşən Şəhid Pənah Məmmədov adına 46 saylı Laçın rayon orta məktəbində müəllim və şagirdlərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə 46 saylı Laçın rayon orta məktəbinin direktoru Bəxşeyiş Ağayev, məktəbin müəllimləri, şairin qardaşı Əli Əliyev, şairin oğlu Fəxri Uğurlu, şairlər Tofiq Abdin, İlham Qəhrəman, Qiymət Məhərrəmli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqoji elmlər namizədi Museyib İlyasov, Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqoji elmlər namizədi Hidayət Tağıyev və digərləri çıxış edərək Ağa Laçınlının həyat və yaradıcılığından danışıblar.

Trend-in məlumatına görə, tədbirdə 46 saylı Laçın rayon orta məktəbinin şagirdləri, məzunları Ağa Laçınlının şeirlərini söyləyib, şair haqda mətbuatda dərc edilmiş bəzi məqalələrdən hissələri təqdim ediblər. Laçın rayon 1 saylı musiqi məktəbinin tar müəllimi Vahid Xıdırovun və həmin məktəbin məzunu, şəhid övladı Elmira Zeynalovanın ifasında musiqi parçaları səsləndirilib.

Tədbirdə Ağa Laçınlının xatirəsinin əbədiləşdirilməsi üçün təkliflər də irəli sürülüb.

1940-cı ildə anadan olan Ağa Laçınlı Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib. "Ədəbiyyat və incəsənət" qəzetinin (indiki "Ədəbiyyat qəzeti") şeir şöbəsində çalışıb. Yazıçılar İttifaqı (Birliyi) Natəvan klubunun müdiri olub. 1970-ci ildən Bakı Dövlət Universitetində dərs deyib. "Ümid" (Bakı,1966), "Sakitik" (Bakı, 1970), "Sirli-soraqlı dağlar" (Bakı, 1971), "Torpağın gücü" (Bakı, 1973), "Ana duyğusu" (Bakı, 1976), "Aşırımlar qarşısında" (Bakı, 1978), "Vaxt yetişəndə" (Bakı, 1980), "Sevgimizlə sevindirək" (1981), "Meşə nəğməsi" (Bakı, 1985), "Gecə yuxusu" (Bakı, 1986), "Qorod tainstvenniy" (Moskva, 1987), "Homer" (Bakı, 1989 - elmi), "Alın yazımız" (Bakı, 1992), "Yapon şeirindən seçmələr" (Bakı, 2006) kitablarının müəllifidir.

Ağa Laçınlı 2007-ci il noyabrın 25-də vəfat edib.

Xəbər lenti

Xəbər lenti