...

Azərbaycanda şirkətlərə silahlı basqınlar törətməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb

Cəmiyyət Materials 21 May 2010 12:23 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Pərviz Musayevin, Əhmədağa Əhmədovun, Rüfət Babayevin, Fərid Əliyevin, Ceyhun Əsgərovun, Murad Seyidovun, Asif Allahverdiyevin, Taleh Paşayevin, Rəşad Qasımovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycanda şirkətlərə silahlı basqınlar törətməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir H.Bağırov/

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Pərviz Musayevin, Əhmədağa Əhmədovun, Rüfət Babayevin, Fərid Əliyevin, Ceyhun Əsgərovun, Murad Seyidovun, Asif Allahverdiyevin, Taleh Paşayevin, Rəşad Qasımovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı mayın 25-nə təyin edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin quldurluq (181), oğurluq (177), qanunsuz olaraq silah əldə etmə və ya gəzdirmə (228), rəsmi sənədləri, ştampları, digər möhürləri tamah məqsədilə oğurlama və ya məhv etmə (326.1) maddələri ilə ittiham edilirlər.

Təqsirləndirilən şəxslər Memarlıq və İnşaat Universitetində kafedra müdiri Nazim İbrahimova məxsus Binəqədi şosesi 4-cü Mədən küçəsində yerləşən daş və boya istehsal edən sexin ofisinin gözətçisi Göyüş Nəzərovu "Makarov" tipli tapança ilə hədələyərək, əl-qolunu bağlayıblar. Onlar daha sonra içərisində 10 min ABŞ dolları və 30 min 500 manat olan seyfi götürərək hadisə yerindən qaçıblar.

Bundan başqa, təqsirləndirilənlər Binəqədi rayonundakı "Parlaq-2" Mənzil-Tikinti Kombinatının mühafizəçisi Sadıq Məmmədova xəsarət yetiriblər, oradakı seyfi oğurlayıblar.

Bundan başqa, onların "Muradaqro" quşçuluq firmasına məxsus ofisin gözətçiləri Dünyamalı Rzayevin və Ramil Rzayevin əllərini bağlayaraq, işərisində sənədlər olan 2 ədəd seyfi, habelə Ədliyyə Nazirliyi 27 saylı Dövlət Notariat Kontorundan oğurluq etmələri müəyyən olunub.

Təqsirləndirilənlər Bakının daha bir neçə rayonunda avtomobillərdən külli miqdarda pul oğurlayıblar.

Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb.

Xəbər lenti

Xəbər lenti